İnsan Resursları

Süvarinin ölkə daxilində və ölkə xaricində böyümə hədəfləri xidmət və sistem strategiyasını mənimsəyəcək potensiala sahib işçi heyətini təmin edərək, onların təkmilləşdirilməsini təmin etmək və bütün personalımızı Süvarinin gələcəyinə hazırlayaraq, şirkətimizin uzun müddətli hədəflərini və dəyərlərini mənimsəyən insan resursu formalaşdırmaqdır.

Şirkətimizin strategiyalarına xidmət edə bilmək üçün; Daxili və xarici mənbələri optimal şəkildə istifadə edərək ölkə daxili və ölkə xarici bütün tədbirlərimizin təşkili üçün vaxtında və ən uyğun insan resursunu təmin etməyə səy göstəririk.

Əməkdaşlarımızın Süvarinin Əsas dəyərlərinə uyğun şəkildə hərəkət etmələrinə liderlik edərək, işə yeni başlamış olan və mövcud işçi heyətimiz üçün, hədəfə istiqamətlənmiş, ehtiyaclarını qarşılaya biləcək, özünəməxsus və standart təlim konsepsiyalarını formalaşdırmaq, karyeralarına istiqamət verəcək sistemlər qurmaq və performanslarına nəzarət etmək məqsədlərini güdürük.

Ölkə daxilində qurulmuş olan bütün İnsan Resursları Sistemlərinin ölkə xaricindəki fəaliyyətlərimizə tətbiq edilməsi üçün çalışır, şirkətimizdəki bütün işçilərin əxlaqi qaydalar və bərabər imkanlar prinsiplərinə uyğun olaraq hərəkət etməsinə diqqət göstəririk.

İnsan Resurslarına nəzər nöqtəmiz müştəri məmnuniyyətinin diqqət mərkəzinə alınmasıdır və bu məqsədlə həyata keçirilən bütün proqramların proaktiv yanaşma və şirkətin uzun müddətli hədəfləri ilə formalaşdırılmağa çalışılması məqsədini güdürük.

Süvari Əsas Dəyərlərimiz

Müsbət Nəzər Nöqtəsinə Sahib Olmaq

Biz Vəziyyət nə olursa olsun, sakit rəftar edər, konstruktiv yanaşar, neqativ mübahisələr etməz, həll yolu axtarar, vəziyyətin xeyirli tərəfinə diqqət yetirərik. İşimizi zövqlə həyata keçiririk. Həmişə insanları qazanmaq istiqamətində mövqe nümayiş etdirir, ‘birləşdirici' olmağa çalışırıq. Gülümsəmənin ‘insan' üçün böyük ləyaqət olduğunu bilərək, bunu həyatımızda əldən vermirik.

Etibarlı və Təvazökar Olmaq

Biz Özümüzü işin sahibi olaraq görüb, işimizi vaxtında həyata keçiririk. Dediklərimiz ilə elədiklərimiz bir-birini tutar. İş yerində əxlaqi qaydalara riayət etmənin bizi ləyaqətli edəcəyinə inanırıq. Bəhanə etmək yerinə lazım gələrsə nəzakətlə üzr istəməyə üstünlük veririk. Qərarlarımızı verərkən işçi qrupumuzun fikirlərinə əhəmiyyət verər, onlarla ünsiyyətimizdə ‘səmimiyyətə' inanar, 'güvən' əlaqəsi qurmağa çalışarıq. Təvazökar davranmanın bizi ucaltdığını bilərək, həyata keçirdiyimiz işlər haqqında çox danışmağa səy göstərmirik.

İnsana və Ətraf Mühitə Hörmət Eləmək

Biz İnsan və digər varlıqların bir mövcud olma səbəbinin olduğuna inanıb, ‘empatiya' qururıq. Onlara ‘salam verməkdən'  imtina etmirik. Bizim universal təfəkkürümüz var. İsrafın hər növünün (zaman, pul, material, enerji…) həm bizə, həm də gelecek nəsillərimizə mənfi təsir göstərəcəyinə inanırıq. Bizim üçün xoş olmayanları digər dostlarımız üçün də istəmərik. Ətrafımızdakı insanlara ağıl vermədən, bildiyimiz şeyləri qarşı tərəfə ötürmənin, ehtiyac olduğunda onlara qulaq asmağın ‘insana qarşı hörmətdən' irəli gəldiyini düşünürük.

Müştərimizi Dost kimi Görmək

Biz Müştərilərimizi, İşçi Heyətimizi, Təchizatçılarımızı və sektordakı dostlarımızı şirkətimizin müvəffəqiyyətində haqq sahibi olaraq görürük. Məhsullarımızı istifadə edən, mağazamızdan alış-veriş edən dostlarımıza nə cür nəzakət, səmimiyyət və həssaslıqla rəftar ediriksə, birlikdə çalışdığımız, iş proseslərimizdən təsirlənən digər haqq sahiplerimize də eyni cür dostluq hissi ilə yanaşırıq. Ətrafımızdakı insanlarla maraqlanır, onların ehtiyaclarını başa düşməyə çalışır, bunları tamamlamaq yolunda hərəkət edirik. ‘Anadolu Mədəniyyəti' və qonaqpərvərliyini ətrafımızdakı insanlara və bütün Dünyaya hiss etdirmək istəyirik, buna görə də haqq sahibi dostlarımıza 'xidmət' etməkdən xoşbəxt oluruq.

Çalışqan Olmaq, Əlavə Dəyər Qazandırmaq

Biz, Şirkətimizin bütövlüyü üçün vəzifələr arasında fərq qoymadan, ‘intizamlı' şəkildə, ilk günün həyəcanı ilə çalışır, əlimizdən gələnin ən yaxşısını etmək üçün səy göstəririk. Vəzifəmizi ən yaxşı şəkildə icra edə bilmək üçün müntəzəm olaraq sorğu-sual edir, araşdırırıq. Neqativ şeylərə vaxt sərf etmək əvəzinə, pozitiv fəaliyyətlər ilə vaxtı səmərəli istifadə edirik. Özümüzü təkmilləşdirib işimizə əks etdirərək içərisində olduğumuz işçi qrupumuza əlavə dəyər qazandırmağa çalışırıq.

İdealist Olmaq

Biz İdealistik. Bunun üçün işimizi müntəzəm olaraq təkmilləşdirir, daha yaxşı xidmət verməyə çalışırıq. İşimizi vaxtında görür və əlaqədar şəxslərə əlaqə saxlayırıq. Bizim sahəmizlə əlaqədar nöqsanları gördükdə tamamlamaq üçün məsuliyyət almaqdan qorxmuruq. Kiçik israf və xərclərin böyük israf və nəzarət edilə bilməyən xərclərin başlanğıcı olduğunu dərk edərək çalışırıq. Günümüzün bir hissəsini özümüzün, işçi qrupumuzun gələcəyi üçün araşdırma və planlaşdırma üçün ayırırıq. Dəyərlərimizdən güzəşt etmərik.

İnnovativ Olmaq

Biz Dəyişikliyin tərəqqinin zərurəti olduğuna inanırıq. Dəyişiklikdən uzaqlaşmarıq, buna nə cür uyğunlaşa biləcəyimizi planlaşdırırıq. Normal olani deyil fərqli olanı düşünür, ortaya yeni fikir çıxartmaqdan zövq alır, işimizdə, məhsullarımızda, satış üsullarımızda və idarəetmə metodlarımızda yenilikləri tətbiq etməkdən xoşbəxt oluruq. Yenilikləri ələ keçirmək üçün araşdırır, oxuyur, məsləhətləşirik. Dinamik hərəkət edər, özümüzü həmişə bir sonrakı addıma hazırlayırıq.

İşçi Qrupunun Çalışması ilə Uyğunlaşma

Biz, Süvarini, bütün şöbələrimiz və idarə heyəti ilə, tək bir qrup olaraq görürük. İşçi qrupumuzun müvəffəqiyyətini bizi ucaldacağını bilir, işçi qrupunun müvəffəqiyyətini fərdi nailiyyətimizdən qabaqda tutarıq. Fikirlərin fərqli ola biləcəyinə, amma şirkətin adına birgə fikirlə hərəkət edilməsi lazım olduğuna inanırıq. İşçi qrupunun çalışmasının birgə hərəkət etmə qabiliyyətindən irəli gəldiyini bilir, bunun üçün köməksevər və ədalətli davranar, müşavirə edər, işçi qrupunda bəhanələri ortadan qaldıran şəxs olar, tabeçiliyimizdə olanlardan da həll yolları təklifləri alarıq.

İnanclı və Köməksevər Olmaq

Biz İnanclı olmağın insanların dünyasını və axirətini nizama saldığına və çox müsbət təsir etdiyinə inanırıq. Qazandığımızı dünyadan, ölkələrdən, insanlardan təkrarən onlara sərf etmək üçün planlar və büdcələr formalaşdırarıq. Bunun gələcəyimiz üçün bir mövcudiyyət səbəbi və bərəkət mənbəyi olduğuna inanırıq.

İşə Qəbuletmə Prosesi

1997-ci ildən sonra keyfiyyət və kəmiyyətini gündən-günə daha da yüksəldən Süvari, Türkiyədə marka bilinirliyini arttırarkən Dünya bazarlarında da öz yerini tutmağı hədəfləyir. Bizi bu hədəfimizə çatdıracaq və fərqliləşməyimizi təmin edəcək ən güclü və əsas elementin "təlim keçmiş və ixtisaslı işçilər" olduğunu bilirik. Buna görə də işçi heyətinin seçilməsində hər şeydən əvvəl şirkətin hədəflərini reallaşdırmağımıza əlavə dəyər qazandıraraq, böyüməyimizin davamlılığını təmin edəcək, gülən üzlü, həvəsli, öyrənməyə və özünü inkişaf etdirməyə açıq, korporativ mədəniyyət və dəyərlərə uyğunlaşa biləcək xarakterli namizədləri seçməyə diqqət göstəririk.

Namizədlərin ümumi müraciətlərini və üzv olduğumuz karyera saytlarındakı elanlarımıza gələn müraciətləri məlumatlar bazamızda qeydiyyatda saxlayarıq. Vakansiya ehtiyaclarımıza uyğun  olaraq axtardığımız xüsusiyyətlərə, təhsilə və təcrübəyə sahib namizədləri insan resursları tərəfindən ilk görüşməyə dəvət edirik. Bu müddətdə müvəffəqiyyətli olan namizədlər əlaqədar şöbənin rəhbəri / direktoru ilə görüşdürülmək üçün ikinci müsahibəyə dəvət edilir. Namizəd zəruri hallarda üçüncü müsahibəyə də dəvət edilə bilər.

Müsbət şəkildə irəliləyən namizədlərimizə vakansiyanın tələb etdiyi xüsusiyyətlər çərçivəsində Qabiliyyət Testi, Şəxsiyyət İnventarı və yaxud imtahan proqramları tətbiq edilərək ən uyğun namizədin vakansiyaya yerləşdirilməsi üçün diqqətli bir çalışma həyata keçiririk.

İnventar proqramlarını müvəffəqiyyətlə bitirən namizədlərimizin referans kontrolları və iş təklifi İnsan Resurslarının Səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilir. İş təklifimizi qəbul edən namizədlərimizin işə başlama tarixinə birlikdə qərar verilir.

Karyeranın Planlaşdırılması

Karyeranın planlaşdırılması anlayışımız əməkdaşımızın nail ola biləcəyi növbəti vəzifə və bu vəzifə ilə əlaqədar olaraq da karyerasının davamında əldə edə biləcəyi yerlərin, digər karyera imkanlarının, sahib olması zəruri olan texniki bilik və davranış qabiliyyətlərinin, növbəti vəzifə üçün alınması zəruri olan təlimin müəyyənləşdirilməsi və əməkdaşımıza bu barədə dəstək olmaqdır.

Müvəffəqiyyətlərimizin davamında şirkət içərisində yetişən İdarəçilərimizin böyük töhfələrinin olacağına inanaraq, performans göstəriciləri çərçivəsində üfüqi və şaquli karyera imkanları təqdim edirik. Bununla birlikdə açıq vakansiyalarımız şirkətin içərisində elan edilir və əməkdaşlarımıza fərqli karyera imkanı təqdim olunur.

Bütün əməkdaşlarımız bir üst vəzifəyə qalxmaq üçün lazım olan xüsusiyyət, məlumat və təcrübəni hazırlanmış olan vakansiya əsaslı İşin Təsvirindən öyrənə bilər və bir üst vəzifəyə keçə bilmək üçün hansı mövzularda müvəffəqiyyət əldə etməsinin lazım olduğunu bilir.

Mağazalarımız üçün təyin olunan Mağazalarda İrəliyə Getmə Üsulu çərçivəsində İdarəçi və yaxud Mütəxəssis yerləri üçün tələb olunan xüsusiyyətlər aydın şəkildə ifadə edilmişdir. Bu yerlər üçün karyera imkanları inventar və imtahan tətbiqi üsulları ilə dəstəklənir. Regional İdarəçi vəzifələrində isə bütün bu mərhələlərlə birlikdə Dəyərləndirmə Mərkəzinin Proqramları həyata keçirilir və 6 ay davam edən Təlim Proqramları ilə karyera prosesləri dəstəklənir.

Baş Ofis əməkdaşlarımız üçün bir üst vəzifəyə keçmə haqqı əlaqədar vəzifədəki təcrübəsi, sahib olduğu xüsusiyyətlər və performans göstəricilərinin nəticələri ilə reallaşır. Keçidin idarəçi və onun üst vəzifəsi olduğu hallarda Dəyərləndirmə Mərkəzinin Proqramları həyata keçirilir.

Təlim

Şirkətimizin gələcək haqqında uzun və qısa müddətli hədəfləri istiqamətində əməkdaşlarımızın bilik, bacarıq, davranış və mövqelərini inkişaf etdirmək üçün təlim və inkişaf fəaliyyətlərini müəyyənləşdirmək, planlaşdırmaq, təşkil edilməsini həyata keçirmək və inkişaf sahələrini müşahidə edərək təşkilatın gələcəyinə vasitəçi olmaq məqsədi qoyulmuşdur.

Şirkətimizdə təlim alan bütün işçi heyəti hər şeydən əvvəl,

» Dəyərlərimizi

» Korporativ Mədəniyyətimizi

» Şirkətin Tarixini

» Şirkətin uzun müddətli hədəflərini

» Gələcək Hədəflərimizi

» İş prinsipimizi öyrənmələri məqsədi daşıyır.

Süvaridə Təlim Şöbəsi hər işçinin eyni səviyyədə məlumat mübadiləsinə sahib olması üçün 3 fərqli qrupa xidmət edir.

Ölkədaxili Mağazalar

Süvari mağazalarında işləyəcək olan hər personalın hər şeydən əvvəl vəzifəsinə görə orientasiya təlimi alması nəzərdə tutularaq Orientasiya proqramı formalaşdırılır. Hər işçi bu təlimi almağa məcburdur. Bu proqramı hər regionda tətbiq etmək üçün şirkət daxilində könüllü şəkildə çalışan və yetişdirilən Təlimçi Mağaza İdarəçilərimiz ilə birlikdə icra edirik.

Bizə yeni qoşulacaq olan bir personal üçün şirkət daxili elan verilir. Elanın içərisində personalın hansı mağazada işə başlayacağı və hansı mağazada təlim alacağı göstərilir. Elanımızda bəhs edilən Təlim Mağazamızın İdarəcisi işə başlayacaq olan yeni iş yoldaşımıza telefon ilə zəng edərək növbəti gün üçün təlimə dəvət edir. Təlim mağazalarımızda mövcud olan "Mağaza Orientasiya Təlimi Kitabı" çərçivəsində İdarəçimiz tərəfindən işçimizin başlayacağı vəzifəyə uyğun şəkildə müəyyən edilir və ötürülür. Təlimin sonunda həm İdarəcimiz, həm də iştirakçımız dəyərləndirmə formalarını doldururlar.

Şirkət daxilində ən az 8 ay işləyən bütün Satış Məsləhətçilərimiz karyera hədəflərindəki nail ola biləcəkləri ilk pillə üçün onlara məxsus şəkildə hazırlanmış "Satış Məsləhətçisinin Təlimi Proqramında" iştirak etməlidir. Bu təlimdə uğurlu olan Satış Məsləhətçilərimiz Mütəxəssis Satış Məsləhətçisi olmaq haqqını əldə edirlər.

Satış Məsləhətçilərimizdə olduğu kimi, Mütəxəssis Satış Məsləhətçilərimizin ilk hədəfi olan Mağaza İdarəçiliyinə keçmələri üçün "Mağaza İdarəçisinin Məlumatlandırılması Proqramımızdan" müvəffəqiyyətlə keçmələri lazımdır.

Mağaza İdarəçilərimizin isə növbəti pilləsi Regional İdarəçi olduğu üçün hər şeydən əvvəl İdarəetmə Qabiliyyətləri Təlimimizi, daha sonra 6 ay davam edən Regional İdarəçinin Təlimi Proqramımızı müvəffəqiyyətlə bitirmələri karyeralarını bir addım irəliyə aparmaq deməkdir.

Pillələri qalxarkən yolumuz əlbəttə ki, Regional İdarəçilikdə sona çatmır. Regional İdarəçilərimiz əldə etdikləri nailiyyətlər, nümayiş etdirəcəkləri mövqe və sürətli tərəqqi ilə Regional Satış Koordinatoru, bundan sonar isə Satış Direktoru olaraq bir üst pilləyə çixa bilərlər.

Ölkə xaricindəki Mağazalar

Süvarinin ölkə xaricindəki bazarına əlavə etdiyi hər yeni ölkədə çalışacaq olan bütün personallar 1 həftəlik orientasiya proqramından keçirlər. Daha sonra bizə qoşulacaq olan hər yeni yoldaşımıza bu proqram əlaqədar ölkədə mövcud olan Təlimçi Mağaza İdarəçimiz tərəfindən ötürülür.

Şirkət daxili və yaxud Şirkət xarici, Ölkədaxili və Ölkə xaricindəki mağazalarımızda karyera hədəfləyən və hamının müraciət edə biləcəyi 6 aylıq İdarəçi Yetişdirmə Proqramlarımız mövcuddur. Bunun sayəsində ortaya çıxa biləcək insan qaynağı ehtiyacı Türkiyədən də dəstəklənir.

Tələb edilən meyarlara uyğun hər namizəd Süvari mağazacılığını və Mağazanın İdarəedilməsini A-dan Z-yə nəzəri, praktiki və tətbiqli şəkildə online təlimlərlə dəstəklənmiş şəkildə öyrənir. 35%-i nəzəriyyəyə, 65%-i praktikaya və tətbiqə əsaslanan bu təlimin sonunda müvəffəqiyyətli olan yoldaşlarımız uyğun görülən Ölkələrdə və yaxud Şəhərlərdə onlara ən uyğun vəzifədə 6 aylıq Etibarnamə ilə işə başlayar. 6 ay müddətində göstərdikləri performans nəticəsində əsas vəzifə sənədləri onlara bildirilir.

Baş Ofis

Bizə qoşulan hər yeni əməkdaşımız üçün burada da orientasiya təlimimiz mövcuddur. Üstəlik yalnız bina içərisində deyil, mağazaların da içində olduğu hərtərəfli layihəmiz hal-hazırda icra edilir.

İlin axırında həyata keçirilən ehtiyac analizləri ilə və ortaya çıxan mükəmməllik xəritələri ilə hər işçi üçün vəzifəsinə görə təlim təqvimləri formalaşdırılır. Formalaşan təqvimlər 3 əsas başlıq altında xülasə edilir.

» Fərdi İnkişaf

» Peşəkar İnkişaf

» İdarəçinin İnkişafı

Bu təlimlər indoor, outdoor və yaxud e-learning olaraq iştirakçılarla həyata keçirilir.

Əmək haqqının İdarəedilməsi və Sosial İmkanları

Bazarda əmək haqqı araşdırmalarını əsas götürərək əməkdaşlarımızın vəzifəsinə görə əmək haqqlarını "bazarda ortalama ümumi gəlir" prinsipinə uyğun şəkildə təşkil edirik. Performansın mükafatlandırıldığı dəyişən əmək haqqının tətbiq edilməsini də ümumi gəlir paketinin içində təmin edirik. Bununla birlikdə;

» Yeməkxana (Nahar Yeməyi Xidməti)

» İçki sahələri

» Personalın Nəqliyyatı (İstanbulun Avropa tərəfi üçün)

» Şirkət avtomobili, mobil telefon xətti, notebook və mobil internetə giriş imkanı (vəzifəyə görə fərqli ola bilər)

» Şirkət Həkimi

» Bazar ertəsi günləri açıq bufet səhər yeməyi imkanı

» Ofisin mərtəbələrində mövcud olan LCD TV ilə gündəmləri izləmə imkanı təmin edilir.

» Çalışma saatlarımız həftəlik 5 gün olaraq 08:00-18:00 arasıdır.

 

Filters
Sort
display